Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin ABŞ Senatının Xarici əlaqələr komitəsinə açıq məktubu

Milli Məclisin ABŞ Senatının Xarici əlaqələr komitəsinə açıq məktubu

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Amerika Birləşmiş Ştatları Senatının Xarici əlaqələr komitəsinə açıq məktub ünvanlayıb.

AZƏRTAC məktubu təqdim edir:

“Diqqətinizi Senatın Xarici əlaqələr komitəsində sentyabrın 14-də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi ilə bağlı keçiriləcək dinləməyə yönəltmək istəyirik.

Dinləmənin təşkil edilməsi bizi heç də təəccübləndirmədi, çünki bu, ABŞ Konqresindəki müəyyən dairələrin uzun müddətdən bəri bizim ölkəmizə qarşı dəstəklədiyi bədnam qərəz, ayrı-seçkilik və manipulyasiyanın növbəti təzahürüdür. Azərbaycanın müstəqillik əldə etdiyi ilk gündən etibarən radikal erməni qruplaşmaları və Birləşmiş Ştatlar Konqresində onlarla əlbir olan qüvvələr Azərbaycana qarşı təcavüzü təşviq edən, radikalları cəzasız olaraq insan iztirablarına səbəb olan ağır cinayətlər törətməyə təhrik edən fəaliyyət yolu seçmişlər. Nəticədə Ermənistan Respublikası 250 min azərbaycanlını bugünkü Ermənistan ərazisindəki doğma torpaqlarından zorla didərgin salmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini 30 il işğal altında saxlamış, müxtəlif etnik və dini mənşəyə mənsub olan 700 mindən çox azərbaycanlını etnik təmizləməyə məruz qoymuşdur.

Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar da daxil olmaqla, beynəlxalq ictimaiyyət bu vəhşilik hərəkətlərini pisləmişdir. Lakin bu cür hərəkətlər nəinki Konqresdə qınanmamış, həm də radikalların dəstəkçiləri təcavüz qurbanı olan Azərbaycan xalqına yardım göstərilməsinin qarşısını ala bilmişlər. Hələ bu azmış kimi, “keçmiş Sovet İttifaqının hər hansı digər müstəqil dövlətinin ərazi bütövlüyünü və ya milli suverenliyini pozan hərəkətə yol verən keçmiş Sovet İttifaqının müstəqil dövlətinin hökumətinə” vəsait verilməməsini nəzərdə tutan dövlət siyasətinin həyata keçirilməsi zamanı təcavüzkar Ermənistan üçün istisna edilmişdir. Beləliklə, Azərbaycan ərazisinin 30 ilə yaxın işğalı və əhalisinin etnik təmizlənməsi dövründə Ermənistan öz təcavüzünü davam etdirmək üçün səxavətlə yardım almışdır.

Bütün bunlarla birlikdə, beynəlxalq hüququn fundamental prinsipləri kobudcasına pozularaq, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalının nəticələrini qanuniləşdirməyə cəhdlər göstərilmiş, bununla da insanların çəkdiyi iztirablar artırılmış, erməni və Azərbaycan xalqlarının ziyanına olaraq sülh, sabitlik və firavanlıq ümidləri boşa çıxarılmışdır.

Yalnız Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı xalqı xarici təcavüzə və işğala qarşı mübarizə aparmaq arzusu ilə sıx birləşərək 2020-ci ildə öz dövlətinin - Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra yenidən sülh perspektivi yaranmışdır. Ədalətin zəfər çalması regiona sülh, normallaşma və barışıq ümidləri gətirmişdir. Azərbaycan bu imkandan istifadə edərək Ermənistana beynəlxalq hüquqa əsaslanan sülh sazişi təklif etmişdir. Həmin sazişin beynəlxalq səviyyədə, o cümlədən ABŞ hökuməti tərəfindən dəstəklənməsi nəzərəçarpan nəticələrə gətirib çıxarmışdır, belə ki, Ermənistan ərazi iddialarından əl çəkmiş və 2022-ci il oktyabrın 5-də Qarabağ regionu da daxil olmaqla Azərbaycanın suverenliyini tanımışdır.

Lakin hər dəfə sülh sazişi əlçatan olan kimi Ermənistan son 30 ildə istifadə etdiyi bədnam taktikasına qayıdır: danışıq görüntüsü yaradır, əvvəlki razılaşmalardan geri çəkilir və götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Qeyd edilməlidir ki, Ermənistan Azərbaycan ərazisində qanunsuz qalan və regionda ən böyük qeyri-sabitlik mənbəyi olan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bağlı götürdüyü öhdəliyi yerinə yetirmir. Üstəlik, bu ölkə həm də bütün mümkün vasitələrlə Azərbaycanda separatizmi dəstəkləyir, eyni zamanda, erməni əsilli sakinləri girova çevirir, onlardan öz bədxah planlarını reallaşdırmaq üçün istifadə edir.

Bu baxımdan qeyd edilməlidir ki, yuxarıda adı çəkilən dinləmənin təşkili regionda qeyri-sabitlik və münaqişənin alovlanmasına xidmət edir. Əsas məsələ budur ki, son 30 ildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı Ermənistanın təcavüz siyasətinin dəstəklənməsi və himayə edilməsi ABŞ-a fayda verməmiş, daha çox Azərbaycanın aparıcı rol oynadığı strateji əhəmiyyətli regionda ABŞ-ın strateji maraqlarına və mövcudluğuna xələl gətirmişdir.

Göstərilən bütün cəhdlərə baxmayaraq, Azərbaycan öz suverenliyinin pozulmasına yönələn hərəkətlərin qarşısını alacaq, dönmədən sülhə, normallaşmaya və öz Konstitusiyası çərçivəsində erməni əsilli vətəndaşlarının reinteqrasiyasına nail olacaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır