Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSİN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İLHAM ƏLİYEVİN AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏSİ

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı İlham Əliyev yanvarın 24-də gecə respublika televiziyasına müsahibə vermişdir. Həmin müsahibənin mətnini oxuculara təqdim edirik. 

JURNALİST: İlham müəllim, axşamınız xeyir.

İLHAM ƏLİYEV: Axşamınız xeyir.

JURNALİST: İlham müəllim, demokratlar qrupunun iclasında siyasi məhbuslar məsələsinin ilkin müzakirəsi haqqında məlumat verməyinizi xahiş edirik.

İLHAM ƏLİYEV: Deyə bilərəm ki, demokratlar qrupunun toplantısında Azərbaycana tam şəkildə dəstək verilmişdir. Demokratlar qrupu bugünkü müzakirələrdə yekdilliklə Azərbaycanı dəstəkləməyi qərara almışdı və bu məqsədlə xüsusi məruzəçi də müəyyən edilmişdi. O məruzəçi bu gün müzakirələrdə çıxış edərək, Azərbaycanın mövqeyini dəstəkləmişdir. Hesab edirəm, bu, çox sevindirici haldır ki, Avropa Şurasının ən nüfuzlu bir siyasi qrupundan biri, demokratlar qrupu Azərbaycana yekdilliklə dəstək verdi.

SUAL: Avropa Şurası Parlament Assambleyasının sessiyasında siyasi məhbuslar məsələsinin müzakirəsi zamanı Corc Klerfaytın məruzəsinə münasibət necə oldu, yəni hansı dəlillər ön plana çəkildi?

CAVAB: Bilirsiniz, münasibət müxtəlif oldu. Amma deyə bilərəm ki, müzakirələrdə iştirak edən deputatların əksəriyyəti cənab Klerfaytın məruzəsinin əleyhinə çıxış etdilər. Səhv etmirəmsə, 14-15 deputat çıxış etmiş, onlardan cəmi 3 nəfər Klerfaytın məruzəsinə dəstək vermişdir. Qalanları isə öz çıxışlarında müxtəlif dəlillər gətirərək, deputatların nəzərinə çatdırdılar ki, məruzə qeyri-obyektivdir, qərəzlidir, Azərbaycana qarşı bir növ təzyiq forması daşıyır, yəni, bu məruzə qəbul oluna bilməz.

Deyə bilərəm ki, səsvermədə də bu ənənə öz əksini tapmışdır. Fəqət, bir neçə deputat, o cümlədən məlum deputat Andreas Qross - hansı ki, daim Azərbaycanın əleyhinə müəyyən tədbirlər görür - və Ermənistandan olan bir deputat bu fürsətdən istifadə edərək, cənab Klerfaytın fəaliyyətini çox yüksək dəyərləndirmişdir və Azərbaycana qarşı növbəti böhtan, iftira ilə dolu çıxış etmişdir. Ancaq mən öz çıxışımda onların layiqli cavabını verdim və dedim ki, bir ölkədə ki, siyasi opponentlərini parlamentdə gülləbaran edirlər, o ölkənin nümayəndəsinin bu mövzu barəsində danışmağa, yaxud kimisə ittiham etməyə haqqı yoxdur.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Müzakirələr qurtarandan sonra Parlament Assambleyasında Azərbaycana qarşı olan xoş ab-havanı duyaraq və bəlkə də müəyyən narahatlıq hissləri keçirərək, Avropa Şurasının baş katibi cənab Şvimmer söz istədi. Halbuki, keçmişdə burada belə hallara rast gəlinmirdi. Baş katib, adətən, nadir hallarda çıxış edir, çıxış edəndə də səsvermədən öncə heç zaman çıxış etmir və etməməlidir. O isə səsvermədən qabaq söz istəmiş və öz çıxışında faktiki olaraq, çox kobud bir şəkildə deputatlara təzyiq göstərmişdir. Söyləmişdir ki, o, Klerfaytın məruzəsi ilə razıdır və beləliklə, dolayısı ilə deputatlara işarə etmişdir ki, onlar bu məruzəni dəstəkləsinlər. Mən hesab edirəm ki, bu, çox qəbulolunmaz bir haldır. Bu, Avropa Şurasının rəhbərliyindən, baş katib tərəfindən deputatlara göstərilən birbaşa təzyiqdir. Bu təzyiqin nəticəsində biz istədiyimizə tam şəkildə nail ola bilmədik.

Bilirsiniz ki, bizim qarşımızda iki vəzifə dururdu. Birinci vəzifə bizim hazırladığımız düzəlişləri qətnaməyə salmaq idi. Biz buna qismən nail olduq, bəzi düzəlişlər qəbul edildi. İkinci vəzifə, biz buna maksimum proqram deyirdik, ümumiyyətlə, qətnamənin əleyhinə səs verilməsinə, onun qəbul edilməməsinə nail olmaq idi. Biz ikinci məqsədə nail ola bilmədik. Halbuki, iclasda iştirak edən 90 nəfərdən 40-a yaxın deputat bizim lehimizə səs vermişdi. Təxminən 8 səs çatmadı ki, Klerfaytın təqdim etdiyi ədalətsiz qətnamə qəbul olunmasın. Bir daha qeyd etmək istəyirəm, bunun əsas səbəbi o oldu ki, Avropa Şurasının baş katibi bu məsələyə gözlənilmədən müdaxilə etdi. Səsvermədən öncə deputatlara çox açıq və kobud şəkildə təzyiq göstərdi. Bununla da müzakirələr başa çatdı və hesab edirəm ki, məsələ bitmiş hesab oluna bilər.

 

Təbii ki, Azərbaycana qarşı hər hansı bir tədbir görülmədi, hər hansı bir sanksiya tətbiq olunmadı. Yəni biz əvvəldən bilirdik ki, belə bir şey olmayacaqdır. Ancaq təəssüf edirəm ki, bəzi müxalifət mətbuat orqanları bu məsələni çox qabardırdılar, proqnozlar verirdilər ki, orada Azərbaycana qarşı sanksiyalar tətbiq olunacaq, Azərbaycan səsvermə hüququndan məhrum ediləcəkdir, ümumiyyətlə, Azərbaycanı cəzalandıracaqlar. Ancaq bunların heç biri olmadı. Fəqət, yenə də deyirəm, təəssüflər edirəm ki, bizim müxalifətimizin mövqeyi Ermənistan nümayəndələrinin mövqeyi ilə üst-üstə düşür. Yəni ermənilər burada bu fürsətdən istifadə edərək Azərbaycanı ləkələmək istəyirlər. Müxalifət isə Azərbaycanda oturub Azərbaycan dövlətinin əleyhinə işlər aparır. Çalışır ki, Azərbaycanı burada gözdən salsın. Bu da mümkun olmayacaqdır.

SUAL: İlham müəllim, siz Avropa Şurası Parlament Assambleyasının yeni seçilmiş prezidenti Piter Şiderlə görüşmüsünüz. Görüşdə hansı məsələlərə toxunmusunuz?

CAVAB: Cənab Piter Şider bu sessiyada Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilmişdir. O, bu gün xahiş etmişdi ki, biz onunla görüşək. Yəni bu görüş onun xahişi ilə təşkil olunmuşdur. Bir neçə məsələ müzakirə edildi. Əlbəttə, yəqin cənab Şider Azərbaycan nümayəndə heyətinin başçısı ilə tanış olmaq istəyirdi. Eyni zamanda biz Azərbaycan və Avropo Şurası arasında olan əməkdaşlıq haqqında söhbət apardıq. Gələcək əməkdaşlıq haqqında çox geniş fikir mübadiləsi etdik. Cənab Şider mənə onu da bildirdi ki, bu günlərdə o, Azərbaycandan gəlmiş qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşmüşdür. O, mənə söylədi ki, özünə borc bilir ki, bunu Azərbaycan nümayəndə heyətinə bildirsin, eyni zamanda Azərbaycan nümayəndə heyətinin başçısı ilə də görüşsün.

Mən cənab Şiderə öz minnətdarlığımı bildirdim və onu əmin etdim ki, Azərbaycan indi olduğu kimi, bundan sonra da Avropa Şurasının dəyərli üzvü olacaqdır. Əlbəttə, biz istəyirik ki, Avropa Şurası ilə əməkdaşlıq edək, qarşıdurmaya getməyək. Fəqət, əgər Klerfayt kimi, Rustamyan kimi və başqaları kimi insanlar bizi bu qarşıdurmaya cəlb etmək istəyirlərsə, biz buna da hazırıq.

Mən müzakirə zamanı öz çıxışımda söylədim ki, biz istəyirik bu müzakirələr, ümumiyyətlə, bu mövzu Azərbaycanla Avropa Şurası arasında olan münasibətlərə gözəl bir təkan versin. Yəni biz istəyirik əməkdaşlıq olsun, qarşıdurma istəmirik. Amma biz buna da hazırıq. Çünki bizim üçün ilk yerdə Azərbaycanın milli maraqları, Azərbaycanın dövlətçiliyi durur. Bəzi insanlar hesab edirlər ki, burada hansısa imicdən söhbət gedə bilər. Heç bir imicdən söhbət gedə bilməz. Biz burada ilk növbədə Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edirik. Bundan sonra da müdafiə edəcəyik.

SUAL: Azərbaycanın Avropa Şurasına daxil olmasının ildönümü münasibətilə keçirilən sərgi və konsert proqramı digər nümayəndə heyətləri tərəfindən necə qarşılandı?

CAVAB: Çox yüksək dəyərləndirildi. Konsertdən və sərgidən sonra biz dünən axşam ildönümü münasibətilə böyük bir ziyafət verdik. Bu ziyafətə 500-ə qədər insan toplaşmışdı. Bizim incəsənət ustalarımız ziyafətdə də çıxış etmişlər, çox gözəl ab-hava yaranmışdı. Bu tədbirlər çox yüksək səviyyədə keçdi. Azərbaycana layiq olan səviyyədə keçdi. Biz çalışırdıq və buna nail olduq ki, burada, Avropa Şurasında Azərbaycanın sənət əsərləri göstərilsin, Azərbaycan haqqında daha dolğun, daha geniş məlumat olsun.

Əlbəttə, belə tədbirlər buna böyük kömək göstərir. Deputatlar bizə yaxınlaşaraq öz minnətdarlıqlarını bildirirdilər, bəziləri çox təəccüb edirdilər ki, Azərbaycan belə böyük mədəniyyətə malikdir. Biz isə onlara deyirdik ki, Azərbaycan qədim bir ölkədir. Onun çox böyük tarixi, mədəniyyəti, milli ənənələri var. Sadəcə olaraq, biz çalışmışıq ki, imkan daxilində Azərbaycanın bu cəhətlərini Avropa Şurası qarşısında təqdim edək və Azərbaycan haqqında həqiqətləri Avropanın bütün nümayəndələri bilsinlər.

JURNALİST: İlham müəllim, çox sağ olun. Verdiyiniz məlumata görə minnətdarlığımızı bildiririk.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib