Milli Məclisin deputatı AŞPA-nın həmməruzəçisi seçilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin toplantısı keçirilib.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitədə uşaqların radikallaşmasının qarşısının alınması mövzusu üzrə məruzəçinin təyin edilməsi məsələsi müzakirə olunub və müvafiq hesabat işləyib hazırlamaq üçün komitədən Assambleyanın iki üzvü seçilib. Onlardan biri ingiltərəli deputat Jeffri Donaldson, digəri isə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva olub.
Sevinc Fətəliyeva bununla əlaqədar deyib: “Uşaqlar üzrə baş məruzəçi kimi bu məsələyə çox böyük marağım var idi və təbii ki, Azərbaycanda bu istiqamətdə təcrübə də kifayət qədər çoxdur. Ona görə də bu mövzu üzrə məruzəçi olmaq arzusunda idim və səsvermə nəticəsində komitə məni həmməruzəçi qismində seçdi. İndi yəqin ki, qısa bir müddətdə bu hesabat hazırlanmalıdır. Çox güman ki, hesabat gələn ilin iyun ayına hazır olacaq və Assambleyaya təqdim ediləcək. Çünki bu mövzu gündəmdə olan və demək olar bütün Avropa ölkələrini əhatə edən məsələdir. Xüsusilə də Yaxın Şərqdəki münaqişələri, ümumiyyətlə Avropadakı vəziyyəti nəzərə alsaq hesab edirəm ki, bu, çox faydalı bir iş olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:36]
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
- 03.06.2026 [17:55]
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib
- 03.06.2026 [10:52]
Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiqdir
- 02.06.2026 [18:12]
Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar
- 02.06.2026 [17:13]
Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb
- 02.06.2026 [12:45]