Milli Məclisin deputatı “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılış mərasimində iştirak edəcək
Bakı, 26 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı Könül Nurullayeva “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılış mərasimində iştirak etmək üçün oktyabrın 27-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Qadın və idman komitəsinin rəhbəri və İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva ilk dəfə keçiriləcək “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılışına və oyunlar zamanı bir sıra silsilə tədbirlərə qatılacaq.
Səfər noyabrın 1-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]