MİLLİ MƏCLİSİN DEPUTATLARI ATƏT-İN KONFRANSINDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin deputatları Vüqar Rəhimzadə və İsgəndər Quliyev “ATƏT məkanında Silahlı Qüvvələr, polis və təhlükəsizlik qüvvələri üzərində parlament nəzarəti” mövzusunda keçiriləcək konfransda iştirak emək üçün mayın 23-də Vyanaya yola düşəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ATƏT-in Münaqişələrin Qarşısının Alınması üzrə Mərkəzi və Parlament Assambleyasının təşkil etdiyi bu tədbirdə ATƏT üzvü olan bütün ölkələrin parlament nümayəndələri iştirak edəcəklər.
Konfransda yeni hərbi siyasi mühit, müdafiə və təhlükəsizlik qüvvələri üzərində parlament nəzarətinin həyata keçirilməsi üzrə milli mexanizmlərin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcəkdir.
Səfər mayın 26-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]