Milli Məclisin deputatları Beynəlxalq Türk Dünyası Simpoziumunda təmsil olunurlar
Bakı, 10 oktyabr, AZƏRTAC
Türkiyənin Ərzincan şəhərində Beynəlxalq Türk Dünyası Simpoziumu keçirilir. Ölkəmizi bu tədbirdə Milli Məclisin deputatları İsa Həbibbəyli, Nizami Cəfərov və Əziz Ələkbərov təmsil edirlər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq simpozium Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırımın və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi ilə təşkil edilib.
Deputatlarımız simpoziumun tədbirlərində iştirak edəcək və müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.
Tədbirin əsas məqsədi bir çox sahələrdə elmi tədqiqatlar üçün türk dünyasının ortaq platformasını yaratmaqdır.
Səfər oktyabrın 13-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]