MİLLİ MƏCLİSİN ELM VƏ TƏHSİL MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASININ İCLASINDA
Komissiya sədrinin müavini Bəxtiyar Əliyev demişdir ki, Madrid Sazişinin Protokoluna qoşulduqdan sonra Azərbaycanda istehsal olunmuş məhsulların əmtəə və xidmət nişanlarının beynəlxalq aləmdə tanınması və müəllif hüquqlarının qorunması ilə bağlı problemlər hüquqi cəhətdən öz həllini tapacaqdır. Azərbaycan “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında” Protokola xüsusi bəyanatlarla qoşulur. Bəyanatlarda Protokolun bəzi müdəalarının Ermənistanla münasibətdə tətbiq edilməyəcəyi bildirilir.
Qanun layihələri müzakirə edildikdən sonra Milli Məclisin payız sessiyasının gündəliyinə tövsiyə olunmuşdur.
Sonra cari məsələlərə baxılmış, komissiyanın iş planı təsdiqlənmişdir.