MİLLİ MƏCLİSİN ELM VƏ TƏHSİL MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASININ İŞ PLANI TƏSDİQLƏNMİŞDİR
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyası sədrinin müavini Bəxtiyar Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, komissiya payız sessiyası dövründə “Təhsil haqqında”, “Yaşlıların təhsili haqqında”, “Ali və ali təhsildən sonrakı təhsil haqqında”, “Ümumi orta təhsil haqqında” qanun layihələri hazırlayacaqdır. “Təhsil haqqında” qanun layihəsi artıq Təhsil Nazirliyində və ali təhsil müəssisələrində müzakirə olunmuşdur. Yaxın günlərdə layihəyə komissiyada da baxılacaqdır. Digər layihələrlə bağlı isə komissiyanın deputatlarından ibarət işçi qrupları yaradılacaqdır. Komissiya Baloniya prosesinin tələblərinə uyğun olaraq təhsil sahəsi ilə əlaqədar digər layihələr üzərində də iş aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]