MİLLİ MƏCLİSİN İQTİSADİ SİYASƏT DAİMİ KOMİSSİYASININ İCLASINDA
Sonra gündəlikdəki “Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında” Birgə bəyanatın təsdiq edilməsi barədə”, habelə Azərbaycan hökuməti ilə Yaponiya və Almaniya hökumətləri arasında texniki əməkdaşlıq haqqında sazişlərin, Azərbaycan Respublikası və Lüksemburq Böyük Hersoqluğu arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın və onun Protokolunun, Azərbaycan və Moldova hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin təsdiq edilməsi, “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin Protokoluna qoşulmaq barədə” qanun layihələrinə baxıldı. Bildirildi ki, bu sənədlər Azərbaycanın milli maraqlarına tam cavab verir, xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, ölkəmizin maliyyə baxımından etibarlılığının möhkəmlənməsinə, respublikada istehsal olunmuş məhsulların əmtəə və qiymət nişanlarının beynəlxalq aləmdə tanınması və qorunmasına xidmət edir.
İclasda həmçinin “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə”, “Dövlət borcu haqqında” qanun layihələrinə də baxılmışdır.
Deputatların, iqtisadi inkişaf, maliyyə və vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi mütəxəssislərinin rəy və təklifləri nəzərə alınmaqla, qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.