Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilir
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 2 məsələ daxil edilib.
AZƏRTAC xəbər verir ki, iclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat veriləcək. Həmçinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq olunacaq.