MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏN SƏFƏRDƏN QAYITMIŞDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkiyəyə rəsmi səfərini başa vuraraq fevralın 12-də Vətənə qayıtmışdır. Parlamentin sədri Heydər Əliyev adına beynəlxalq hava limanında jurnalistlərə demişdir ki, bu cür səfərlər ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Səfər çərçivəsində Prezident Əhməd Necdət Sezər, Böyük Millət Məclisinin sədri Bülənd Arınç, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Baş nazirin müavini və xarici işlər naziri Abdullah Gül, parlamentin Xarici işlər komissiyasının sədri Mehmet Dülgər, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpək və başqa rəsmi şəxslərlə keçirilmiş görüşlərdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələr və digər aktual məsələlər müzakirə olunmuşdur.