Milli Məclisin sədri: Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin ediləcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin ediləcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Rumıniya parlamentinin Deputatlar Palatasının sədri Alfred-Robert Simonis ilə görüşündə səsləndirib.
Terrorla mübarizə tədbirlərinin 24 saatdan az müddətdə öz məqsədlərinə çatdığını, separatçı rejimin qanunsuz strukturlarının dağıdıldığını və Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirən Sahibə Qafarova qeyd edib ki, artıq Qarabağ bölgəsinin etnik ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsinə başlanılıb. Qısa müddət ərzində Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə üç görüşü keçirilib. O bildirib ki, Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]