MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT DAİMİ KOMİSSİYASINDA GÖRÜŞ
Komissiyanın sədri Hadi Rəcəbli Azərbaycan parlamentinin strukturu, qanun yaradıcılığı sahəsindəki fəaliyyəti, ölkəmizdə həyata keçirilən sosial siyasətlə bağlı qanunçuluq bazasının yaradılması, bu siyasətin üstün istiqamətləri barədə qonaqlara ətraflı məlumat verdi. O dedi ki, parlamentin sosial siyasət daimi komissiyası, həmçinin qaçqınların problemləri, sosial sığorta, pensiya təminatı, uşaq, ailə, səhiyyə və gənclərlə bağlı məsələlərlə də məşğul olur. Komissiyanın sosial siyasətə dair hazırladığı qanun layihələrinin əksər hissəsi gənclərlə, uşaq hüquqları ilə birbaşa və ya dolayısı ilə bağlıdır.
Ukrayna nümayəndə heyətinin başçısı İqor Pekarev təmsil etdiyi nazirliyin fəaliyyəti, öz ölkəsində gənclər siyasətinin əsas istiqamətləri barədə danışdı.
Görüşdə qeyd edildi ki, hər iki ölkədə sosial siyasət sahəsində öyrənməli kifayət qədər təcrübə vardır. Belə görüşlər, fikir mübadiləsi ümumi işə yalnız fayda verə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]