Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilir
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə bir məsələ - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın dinlənilməsi daxildir.
Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.