MİLLİ MƏDƏNİYYƏTİMİZİN İNKİŞAF KONSEPSİYASI HAZIRLANIR
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, son 10 ildə Azərbaycan mədəniyyətinin inkişafı və qorunması ilə bağlı 12 qanun qəbul edilmişdir. Bu qanunların bəziləri müasir tələblərə cavab vermir. Ona görə də komissiya Mədəniyyət və Turizm Nazirliyi və digər əlaqədar təşkilatlarla birlikdə köhnəlmiş qanunları yeniləşdirmək və təkmilləşdirməklə yanaşı, milli mədəniyyətimizin qorunmasını, inkişafını təmin edəcək yeni qanunlar üzərində də çalışır. İlk növbədə, “Mədəniyyət haqqında” Qanuna yenidən baxılacaqdır. Teatr, konsert və şou-biznes fəaliyyəti haqqında isə yeni qanun layihələri hazırlanır. Bu qanunların bəziləri parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaqdır.
Bundan əlavə, komissiya nazirlik və əlaqədar təşkilatlarla birlikdə milli mədəniyyətimizin inkişaf konsepsiyası üzərində də işləyir. Yeni konsepsiya mədəniyyətimizin inkişafı ilə yanaşı, mədəni irsimizin qorunmasında da mühüm rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]