MİLLİ MƏTBUAT GÜNÜ QEYD EDİLMİŞDİR
Nüfuzlu mətbuat orqanları və informasiya agentlikləri nümayəndələrinin iştirak etdikləri mərasimdə Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev iştirakçıları bayram münasibətilə təbrik edərək, Azərbaycanda söz və mətbuat azadlığı sahəsində mövcud vəziyyət barədə danışmışdır. Ümummilli lider Heydər Əliyevin hələ 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə mətbuatımızın maddi-texniki bazasının yüksək səviyyədə inkişaf etdiyi, bu sahədə kadrların yetişdirilməsinə xüsusi qayğı göstərildiyi diqqətə çatdırılmışdır. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrdə mətbuat üzərindən senzuranın götürüldüyü, KİV-lərə fəaliyyət sərbəstliyi verildiyi, zəruri qanunvericilik bazasının yaradıldığı, hazırda respublikamızda demokratik cəmiyyətdə lazım olan bütün prinsiplər əsasında azad söz yazmaq, demək üçün dövlət tərəfindən hər cür şərait yaradıldığı vurğulanmışdır.
Yığıncağın sonunda Azercellə səmərəli əməkdaşlıq etdiklərinə görə “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “525-ci qəzet”, “Yeni Azərbaycan” və digər mətbuat orqanlarına, Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AZƏRTAC) və başqa informasiya agentliklərinə təbriknamə və hədiyyələr, eləcə də keçirilmiş müsabiqədə qalib gəlmiş jurnalistlərə “ Media açarı -2006” mükafatları təqdim edilmişdir.