MİLLİ MƏTBUAT GÜNÜ QEYD EDİLMİŞDİR
Ombudsman Elmira Süleymanova insan hüquqlarının təmin edilməsi sahəsində kütləvi informasiya vasitələrinin rolundan danışmış, müvəkkilin fəaliyyətinin jurnalistlərlə işgüzar əlaqələr əsasında qurulduğunu qeyd etmişdir. O, dövri mətbuatda təsisatın fəaliyyəti barədə bu günə qədər 3 min 632 məqalə və informasiya dərc edildiyini diqqətə çarpdırmış və bu əməkdaşlığın davam edəcəyinə əmin olduğunu bildirmişdir.
E.Süleymanova media nümayəndələrinin hüquqlarının müdafiəsi məsələlərini daim diqqətdə saxladığını, onlara yardımçı olduğunu söyləmişdir.
Azərbaycan Respublikası Prezidenti İcra Aparatınin İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev olkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışmış, bu istiqamətdə qanunvericilik bazasının yaradıldığını, müvafiq sənədlərin qəbul olunduğunu qeyd etmişdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər natiqlər mətbuat səhifələrində ekran və efirdə ölkəmizdə demokratiyanin inkişafına, vətəndaş cəmiyyətinin təşəkkülünə və bərqərar olmasına yardım göstərən, real gerçəkliyi əks etdirən yazılara, qərəzsiz, obyektiv informasiyaya ehtiyac olduğunu bildirmişlər.
Sonda mövzuya dair müzakirələr aparılmışdır.