Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ OLİMPİYA KOMİTƏLƏRİ ASSOSİASİYALARININ BAŞ ASSAMBLEYASI ÖZ İŞİNİ BAŞA ÇATDIRMIŞDIR

Xəbər verdiyimiz kimi, mayın 21-dən 25-nə kimi Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) XIII Baş assambleyası keçirilmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev assambleyanın işində iştirak etmişdir.

Milli Olimpiya Komitələri Assosiasiyasının Kuala-Lumpur toplantısı bu təşkilatın hesabat-seçki tədbiri idi.

Mayın 21-də Kuala-Lumpurda Avropa Olimpiya Komitəsinin növbədənkənar assambleyası keçirilmiş, Beynəlxalq Olimpiya Komitəsində (BOK) Milli Olimpiya Komitələri Assosiasiyasını Avropadan təmsil edəcək namizədlər seçilmişdir.

Mayın 22-də MOKA-nın Baş assambleyası öz işini davam etdirmişdir. Həmin gün MOKA-nın qitələr üzrə vitse-prezidentlərinin raportları və Assosiasiya komissiyalarının fəaliyyəti haqqında məlumatlar dinlənilmişdir. Günün ikinci yarısında MOKA prezidentinin seçkiləri keçirilmişdir. Mario Vaskes Rana yenidən MOKA-nın prezidenti seçilmişdir.

Mayın 22-də Azərbaycan MOK-un prezidenti İlham Əliyevin bir sıra işgüzar görüşləri olmuşdur. MOKA-nın prezidenti Mario Vaskes Rana ilə görüşdə Azərbaycan Olimpiya Komitəsinin fəaliyyəti, respublikada olimpiya hərəkatının genişləndirilməsi sahəsində son illərdə əldə etdiyi uğurlar, komitənin gələcək fəaliyyəti barədə söhbət getmişdir. Cənab Mario Vaskes Rana Azərbaycan MOK-un gördüyü işləri yüksək qiymətləndirmiş, onun təcrübəsinin yayılmasının vacibliyini vurğulamışdır. Görüşdə MOKA ilə Azərbaycan MOK arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Mario Vaskes Rana hələ 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin olimpiya hərəkatının və idmanın inkişafında böyük xidmətləri olan görkəmli dövlət xadimlərinə MOKA-nın verdiyi “Olimpiya ləyaqəti” mükafatına layiq görüldüyünü bildirmiş və həmin mükafatı Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev verərək, onun Azərbaycan Prezidentinə təqdim olunmasını xahiş etmişdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ilə Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante arasında görüş də işgüzar və səmimi şəraitdə keçmişdir. Görüşdə MOK-un ölkə daxilindəki fəaliyyəti və qitə təşkilatının tədbirlərində iştirakı barədə söhbət getmişdir. Cənab Mario Peskante Azərbaycana səfərini xatırlamış, ötən müddətdə MOK-un gördüyü yeni işlərdən məmnun olduğunu söyləmiş, Azərbaycanda olimpiya hərəkatının və idmanın yüksək surətlə inkişafını alqışlamışdır.

MOK-un prezidenti İlham Əliyevin növbəti görüşü BOK-un vitse-prezidenti Vitali Smirnovla olmuşdur. Səmimi və işgüzar şəraitdə keçən bu görüşdə beynəlxalq olimpiya hərəkatının bir çox məsələləri ətrafında söhbət getmiş, MOK ilə BOK arasında əlaqələrin genişləndirilməsi yolları müzakirə olunmuşdur.

Elə həmin gün İlham Əliyev AOK-un baş katibi Patrik-Hikey ilə bir sıra ölkələrin milli olimpiya komitələrinin prezidentləri ilə görüşmüşdür. Bu görüşlərdə də MOK-un fəaliyyətindən, olimpiya hərəkatının inkişafı sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət getmiş, təcrübə mübadiləsi aparılmışdır.

İlham Əliyev Kuala-Lumpurda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayanla da görüşmüşdür. Cənab Tomas Ayan bu yaxınlarda Azərbaycana səfərini xatırlayaraq, ölkə çempionatı barədə təəssüratını danışmış, səfərindən cəmi bir il keçməsinə baxmayaraq, respublikada idman sahəsində olduqca böyük irəliləyişin baş vermədiyini vurğulamışdır. O, Azərbaycanda ağır atletika üzrə nəinki Avropa, hətta dünya çempionatlarının keçirilməsi üçün hər cür şəraitin olduğunu bildirmişdir.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənab Tomas Ayanın Azərbaycana səfəri zamanı Bakıda olmamasına təəssüfləndiyini bildirmiş, ölkədə idman və olimpiya hərəkatıının inkişafı barədə xoş sözlərinə görə ona təşəkkür etmişdir. İlham Əliyev əmin olduğunu bildirmişdir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Azərbaycanla əlaqələri bundan sonra da daha sıx şəkildə inkişaf edəcəkdir.

Mayın 23-də Milli Olimpiya Komitələri Assosiasiyasının XIII Baş assambleyası öz işini davam etdirmişdir. İştirakçılar gündəlikdə olan bir sıra məsələləri müzakirə etmişlər. MOKA-nın prezidenti Mario Vaskes Rana milli olimpiya komitələrinin olimpiya hərəkatının inkişafı sahəsindəki fəaliyyətindən danışarkən Azərbaycan MOK-un gördüyü işləri, əldə etdiyi nailiyyətləri xüsusi vurğulamışdır. O, Azərbaycan Milli Olimpiya Komitəsinin MOKA-nın xüsusi mükafatına layiq görüldüyünü bildirmiş və mükafatı MOK-un prezidenti İlham Əliyevə təqdim etmişdir. Mükafatın üzərində bu sözlər yazılmışdır: “Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi olimpiya ideallarının bütün dünyada yayılması və idmanın inkişafında görkəmli xidmətlərinə görə təltif olunur”.

Həmin gün Azərbaycan MOK-un prezidenti İlham Əliyev BOK-un prezidenti Jak Roqqun iqamətgahında onunla görüşmüşdür. Cənab Jak Roqq Azərbaycanda idmanın inkişafından, olimpiya hərəkatının genişlənməsindən, ölkəmizdə yeni idman komplekslərinin, qurğularının tikintisi sahəsində əldə olunmuş nailiyyətlərdən, Azərbaycanda bir sıra mötəbər beynəlxalq yarışların yüksək səviyyədə təşkil edilib keçirilməsindən xəbərdar olduğunu bildirmişdir.

O demişdir ki, sərbəst güləş üzrə 45-ci Avropa çempionatının nəticələri Azərbaycanda belə yüksək səviyyəli yarışların təşkili və keçirilməsi üçün hər cür şərait olduğunu təsdiq edir. BOK-un prezidenti Azərbaycanda olimpiya hərəkatının genişlənməsindən böyük məmnunluq duyduğunu vurğulamışdır.

Azərbaycan MOK-un prezidenti İlham Əliyev son vaxtlar ölkəmizdə idmanın, olimpiya hərəkatının inkişafı sahəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.

Söhbət zamanı cənab Jak Roqq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Bakıda keçirdiyi görüşlərini məmnunluqla xatırladığını bildirmiş, onun idmana və olimpiya hərəkatına diqqət və qayğısını yüksək qiymətləndirmişdir. Cənab Jak Roqq onun salamlarını və ehtiramını Prezident Heydər Əliyevə çatdırmağı xahiş etmişdir.

Mayın 24-də Azərbaycan MOK-un prezidenti BOK-un Milli Olimpiya Komitələri ilə əlaqədar və olimpiya həmrəyliyi idarəsinin direktoru Pere Miro ilə görüşmüşdür. Görüşdə bu idarə ilə müştərək işlər barədə fikir mübadiləsi aparılmışdır.

Mayın 25-də MOKA-nın Baş assambleyası öz işini davam etdirmişdir. Həmin gün BOK-un İcraiyyə Komitəsi ilə milli olimpiya komitələri nümayəndələrinin birgə iclası keçirilmişdir. İclasda BOK-un prezidenti Jak Roqq geniş məruzə etmişdir. O, son on iki ildə Olimpiya oyunlarının proqramında əsaslı dəyişiklik edilmədiyini bildirmiş, bununla əlaqədar xüsusi müzakirənin keçirilməsinin vacibliyini söyləmişdir. Cənab Jak Roqq Olimpiya oyunları proqramına daxil edilmiş yarışların və iştirakçıların sayının artırılmaması şərti ilə oyunların proqramına yenidən baxılmasını təklif etmişdir. Geniş fikir mübadiləsindən sonra bu məsələ ilə bağlı təkliflərin toplanması və BOK-un noyabrda keçiriləcək sessiyasında geniş müzakirə edilməsi qərara alınmışdır.

Bununla da MOKA-nın XIII Baş Assambleyası öz işini başa çatdırmışdır.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mayın 26-da vətənə qayıtmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə