MİLLİ PARKDA GƏZİNTİ
AZƏRTAC xəbər verir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey aprelin 8-də Milli Parkla tanış olmuşdur.
“Azərneft” meydanı və musiqili fəvvarə kompleksindən başlanan gəzinti Milli Parkda davam etdirilmişdir. Buradan İçərişəhərin qala divarlarını, Qız qalasını seyr edən qonaq Bakının dəniz sahilində yerləşməsinin onun hüsnünə xüsusi gözəllik verdiyini demiş, ölkəmizdə qədim abidələrə göstərilən qayğını yüksək dəyərləndirmişdir. Paytaxtda çoxlu yeni bunaların da tikilməsi qonağın diqqətindən yayınmamışdır.
Qonağa bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Milli Parkın yenidən qurulması barədə sənəd imzalamışdır. Xarici mütəxəssislərin də cəlb edildiyi yeni layihənin reallaşdırılması bu parkın Avropanın ən gözəl mədəni istirahət guşələrindən birinə çevrilməsinə imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]