MİLLİ PARKDA GƏZİNTİ
AZƏRTAC xəbər verir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey aprelin 8-də dənizkənarı Milli Parkla tanış olmuşdur. Musiqili fəvvarə kompleksindən başlanan gəzinti zamanı İçərişəhərin qala divarlarını, Qız qalasını seyr edən qonaq Bakının dəniz sahilində yerləşməsinin onun hüsnünə xüsusi gözəllik verdiyini demiş, ölkəmizdə qədim abidələrə göstərilən qayğını yüksək dəyərləndirmişdir. Paytaxtda çoxlu yeni binaların da tikilməsi qonağın diqqətindən yayınmamışdır.
Qonağa bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Milli Parkın yenidən qurulması barədə layihə hazırlanır. Xarici mütəxəssislərin də cəlb edildiyi yeni layihənin reallaşdırılması bu parkın Avropanın ən gözəl mədəni istirahət guşələrindən birinə çevrilməsinə imkan verəcəkdir.
Qonaqları gənclər və idman naziri Azad Rəhimov və digər şəxslər müşayiət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]