MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI SEMİNAR KEÇİRMİŞDİR
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov seminarın maarifləndirmə xarakteri daşıdığını bildirərək demişdir ki, məqsəd “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri ayrı-ayrı dövlət və özəl televiziya, radio əməkdaşlarının nəzərinə çatdırmaqdır.
Natiq qeyd etmişdir ki, verilişlər üzərində keçirilmiş monitorinq ayrı-ayrı televiziya kanallarında çoxlu sayda nöqsanlar aşkara çıxarmışdır. Əsas nöqsanlar reklam təqdimatı ilə bağlıdır. Reklamların nəinki sıx-sıx, hətta qanunsuz verilməsi halları da aşkar edilmişdir. Reklam verilməsi dünya praktikasında 1saat efir vaxtı ərzində 12 dəqiqə nəzərdə tutulduğu halda bizdə bundan xeyli çoxdur. Natiq xəbərdarlıq etmişdir ki, reklam bazarında güzəştə yol vermək olmaz və belə getsə, Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, cərimə mexanizmi tətbiq edəcəkdir. Şuranın sədri teleradio yayımçılarının reklam fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olaraq, tənzimlənməsini özünün birbaşa vəzifəsi olduğunu qeyd etmiş və gizli reklamlara qarşı xüsusi tədbir görüləcəyini bildirmişdir.
Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev 1997-ci ildə təsdiq olunmuş “ Reklam Haqqında” Qanunu bənd-bənd izah etmişdir.
Seminarı yekunlaşdıran N.Məhərrəmov dekabrın 7-dən 21-dək bütün yayım vasitələrinin ciddi nəzarət altında olacağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:13]
“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]