Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ TELEVİZİYAMIZA HƏSR OLUNMUŞ ÖMÜR

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bədii rəhbəri, rejissor Vaqif Ağayevin 50 yaşı tamam olur.

... Rejissor Vaqif Ağayevi tanısaq da, daha ətraflı məlumat almaq üçün yaxın həmkarlarından biri olan telejurnalist Qulu Məhərrəmliyə müraciət etdik. O, həmkarı barədə fikirlərini qısaca belə açıqladı:

- Müasir televiziyada rejissor həlledici simadır. Rejissuranın özü də indi iki mühüm qola ayrılır: publisistik verilişlər rejissurası, bədii verilişlər rejissurası. Təbii ki, tamaşaçının duyğularına təsir eləmək, onun zövqünü oxşamaq baxımından bədii rejissuranın çox böyük imkanları var. Bu istiqamətdə verilişlər hazırlayan rejissorların işi nisbətən asandır. Amma publisistik, informatik verilişlərin rejissurası həddindən artıq çətindir. Müasir televiziyanın informativ simasını publisistik rejissura müəyyən edir. Mən sevinirəm ki, Azərbaycanda televiziyanı Vaqif Ağayev kimi dərindən duyan, teleinformasiyanı tamaşaçıya çox gözəl formada təqdim edə bilən rejissor var. Keçmiş Leninqrad şəhərində çox gözəl mütəxəssislərdən mükəmməl təhsil alıb. Azərbaycanda publisistik verilişlərin, bədii televiziya filmlərinin rejissurası ilə məşğul olan peşəkar mütəxəssislərdən biridir. Vaqif Ağayevin bir rejissor kimi üstünlüyü onun duyumunda, axtarışlarında və maraqlı təqdimat formaları tapmasındadır. Bu gün televiziyamızda onun həm sənədli filmləri, həm də ümummilli liderimiz Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin çoxsaylı səfərlərindən və görüşlərindən bəhs edən süjetləri nümayiş etdirilir. Mən Vaqiflə birlikdə çox səfərdə olmuşam. Çevik düşüncəyə malik bu rejissorla birgə sənədli televiziya filmləri hazırlamışıq. Məsələ burasındadır ki, publisistik rejissura situasiyadan asılıdır. Rejissor o qədər fəhmli olmalıdır ki, istənilən situasiyada ən düzgün qərar çıxarmağı bacarsın. İnamla deyirəm ki, Vaqif ekstremal şəraitdə heç vaxt özünü itirməyib. Onu çox kamil, yetkin mütəxəssis, müasir Azərbaycan teleməkanında ən tanınmış rejissorlardan biri kimi qiymətləndirirəm.

Bu qiymətli fikirlər öz sənətinin və peşəsinin zirvəsində olan Vaqif Ağayev barədədir. Bəs, bu zirvəyə o, necə yüksəlib? Sualın cavabını onun öz dilindən eşidəcəyik:

- 1972-ci il idi. Orta məktəbi yenicə bitirmişdim. Həm Azərbaycan Dövlət Televiziyasına rejissor köməkçisi təyin edildim, həm də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında görkəmli sənətkar Adil İsgəndərovun kino aktyorları kursuna qəbul olundum.

Fəaliyyətə televiziyanın o zaman çox populyar olan “Hünər” proqramında başladım. 1976-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsinə qəbul olunub burada görkəmli sənətkarlardan dərs aldım. Mənə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində o vaxtkı Mərkəzi Televiziyanın sifarişi ilə filmlər çəkmək etibar olundu. Əsasən hərbi mövzuda işləyirdim. İkinci Dünya müharibəsində vuruşmuş azərbaycanlıları axtarıb tapırdım, əsgər məktublarının izi ilə süjetlər çəkirdim. Yeri gəlmişkən, o məktubları, başqa materialları 1990-cı ilin yanvarında burada axtarış aparan rus zabitləri məhv etdilər. Vəhşiləşmiş hərbçilər təkcə insanlara yox, həm də sənədlərə qarşı terror törətdilər. Verilişlərlə yanaşı, filmlər üzərində də işləyirdim. “Dəniz xidməti”, “Kurs okeanadır”, “Lirik mahnılar”, tarzən Ramiz Quliyev haqqında “Havalansın tarın səsi!”, o vaxt Moskvada işləyən və Dövlət mükafatına layiq görülmüş cərrah Əhliman Əmiraslanov haqqında tammetrajlı filmlər buna misal ola bilər. 1994-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bədii rəhbəriyəm.

Tamaşaçı ekrana çıxan məhsulun hansı əziyyət bahasına başa gəldiyinin fərqinə varmır. O, əsərin uğurunu ssenari müəllifi, uzağı aparıcı ilə əlaqələndirir. Bu, çox güman ki, rejissoru incik salır.

- İş prosesində heç bu barədə düşünmək adamın ağlına da gəlmir,-deyə bildirir.- Çalışırsan ki, iş yaxşı alınsın, verilişin və ya filmin ideyasını aça biləsən. Ancaq bu və ya digər işimiz xoşa gələndə, jurnalist təriflənəndə, mətbuatda ona mədhlər deyiləndə, özün haqqında da yox, operator, rəssam, işıq mühəndisi barədə düşünürsən ki, niyə onların adını çəkən yoxdur?! Lakin incimirəm. Çəkiliş zamanı başımıza gələn, bəzən hətta çox məzəli əhvalatlar bu “incikliyi” unutdurur.

Vaqif Ağayev ümummilli liderimiz Prezident Heydər Əliyevi xarici səfərlərdə çox müşayiət edib. Adətən, kiminsə barəsində birindən soruşanda deyir ki, yoldaşlıq etməmişəm. Dövlət Teleradio Şirkətinin baş operatoru Fazil Hadıyev bütün bu səfərlərdə Vaqiflə yoldaş olub. Deməli, ona daha dərindən bələddir:

- Çoxdan bir yerdə işləyirik. 1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevi, indi isə Prezidentimiz İlham Əliyevi müşayiət edirik. Çiyin-çiyinə işləməyə alışmışıq. Əsgər kimi intizamlıdır. Dövlət başçısının səfərlərini, qəbullarını çəkib efirə çıxarmaq çox məsuliyyətli işdir. Elə məqamlar olur ki, onu hər bir rejissor görüb duya bilmir.

Vaqifi elə başqa rejissorlardan fərqləndirən əsas cəhət də odur ki, onda xususi görmə qabiliyyəti var. İşinə zərgər münasibəti bəsləyir. Hər bir süjeti ürəyi istəyən şəklə salana qədər onu “cilalamaqdan” yorulmur. Ömrünün yarısı yollarda keçmiş Vaqif üçün iş, vaxt məfhumu yoxdur. Onun üçün vaxt iş başlanandan qurtaranadəkdir. Elə olub ki, əlindəki işini yarımçıq qoyub övladının ad gününə getməyib. Deyib ki, bu da mənim övladımdır, qoyub gedə bilmərəm. Yeri gəlmişkən, üç tələbə, bir məktəbli atasıdır. Vaqif işinin fədaisidir. Özünüreklamdan zəhləsi gedir. Onun üçün yeganə meyar üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdir. Çox yanımcıldır, dərdini, problemini çəkinmədən ona deyə bilərsən.

Ümummilli liderimiz Prezident Heydər Əliyevi səfərlərdə müşayiət edən telejurnalistlər, operatorlar və fotomüxbirlər bu fenomen şəxsiyyətin həssaslığını, bəzən hiss etdirmədən işləmək üçün əlverişli imkan yaratdığını vurğulayırlar. Məni Vaqif Ağayevin də rəyi maraqlandırdı.

- Bəri başdan xatırladım ki, ulu öndərimiz çox tələbkar idi, - deyir. - Ümumiyyətlə, dövlət başçısı ilə işləmək çətindir. Cənab Heydər Əliyevlə işləmək isə ikiqat çətin, bununla belə, şərəfli idi. Onun hər hərəkətini duymaq, baxışlarını “oxumaq” lazım idi. Çünki belə hallarda nə plan olur, nə ssenari. Hər bir an təkrarolunmazdır. Fürsəti qaçırdın, anı “tuta” bilmədin – təmsil etdiyin ölkə ondan xəbərsiz qalır. Cənab Prezident bu nüansları çox gözəl bilirdi. Həmişə gözü ilə axtarardı ki, Azərbaycandan gəlmiş heyət- onu müşayiət edən jurnalistlər, fotoqraf və operatorlar yerbəyer olubmu. Bir tərəfdən, yerində olmayanlar böyük məsuliyyət daşıyırdılar. Digər tərəfdən, cənab Prezident televiziya, kino, qəzet, foto işinin incəliklərini gözəl bilirdi. Jurnalistlərə xüsusi münasibət bəsləyirdi. Hər səfərində təyyarədə jurnalistlər olan salona keçər, operatorla söhbət edər, fotoqrafı dindirərdi. Hərdən qəzetçilərin birinə üzünü tutub deyərdi ki, onun filan yazısını oxuyub. 1999-cu il aprelin 17-də Gürcüstana uçurduq. Cənab Prezident yenə bizim salona gəldi. Şirkətimizin baş operatoru Fazil Hadıyev onu görən kimi qalxıb kamerasını götürdü. Prezident “Qoy kameranı yerə,- dedi. - “Səhər” proqramına baxırdım, orada səni göstərirdilər. 50 yaşın varmış ki! Sənin haqqında yaxşı danışdılar, amma az danışdılar. Sən layiqli sənətkarsan”. Cənab Prezident bizim Fazilə çox düzgün qiymət vermişdi. Fazil elə sənətkardır ki, yoldaşı bir baxışından duyur. İndiyədək qardaş kimi birgə işləyirik. Nə isə, yanımızda “Bi-Bi-Si”-dən müxbirlər vardı. Onlara dedi ki, bu, mənim operatorumdur, bütün səfərlərimi, ümumiyyətlə, fəaliyyətimi çəkir, bu gün onun 50 yaşı tamam olur, gəlin, onu təbrik edək. Sözümün canı odur ki, jurnalistlərə xüsusi rəğbəti var idi. Bizim televiziyamız maddi-texniki bazasının mükəmməlliyi üçün möhtərəm Heydər Əliyevə borcludur. İstər ötən əsrin 70-ci illərində, istərsə də 1993-2003-cü illərdə AzTV məhz həmin dövr üçün ən yeni, ən müasir sayılan avadanlıqla təchiz olunub. Bu gün müstəqil telekanalların, demək olar, hamısı bizdən bəhrələnir.

Görəsən, Vaqif Ağayev kimləri özünə müəllim hesab edir?

- Bu sənəti mənə sevdirən böyük sənətkarımız Adil İsgəndərov olub. Ondan sonra püxtələşməyimdə Nizami Məmmədovun, Azər Qasımzadənin, Solmaz Həmzəyevanın, Bünyad Məmmədovun, Yusif Kərimovun rolu böyük olub. Əlbəttə, Leninqraddakı müəllimlərimə də minnətdaram.

Vaqif Ağayevin yaradıcılığı barədə həmsöhbət olduğum adamların hər biri onu başqalarından fərqləndirən hansısa bir əlaməti, xüsusiyyəti qabardırdı. Bu cəhətdən televiziyanın incəsənət və teatr redaksiyasının baş redaktoru Mailə Muradxanlının dedikləri çox xarakterikdir:

- Televiziyada rejissor birinci simadır. Telejurnalistin yazdıqlarını ortaya rejissor çıxarır, onu rejissor urvatlı edir. Vaqif Ağayevi hələ “Gənclik” redaksiyasından tanıyıram. Rejissor istər siyasət sahəsində çalışsın, istərsə də başqa sahədə, onun bədii bazası olanda verilişləri şirin alınır. Vaqif bədii bazası olan rejissordur. O, insanları, hadisələri elə rakursdan çəkir ki, onlar işıqlı görünür. Ən rəsmi materiallar belə bu rejissorun əlində şirinləşir.

... Bu söhbətlərdən sonra mən Vaqif Ağayevi daha dərindən tanıdım. Bu tanışlıqdan duyduğum iftixar hissi ilə Vaqif müəllimi yubileyi münasibətilə təbrik etdim. Mən bu sətirləri isti təəssüratlarla qələmə almağa tələsdiyim kimi, onun da canı qəlbinin və ağlının işığına qərq edəcəyi daha bir verilişinin yanında qalmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub