Millinin baş məşqçisi: Sabah bizi maraqlı görüş gözləyir
Bakı, 10 oktyabr, AZƏRTAC
Komandada ümumi vəziyyət yaxşıdır. Birinci oyundan sonra iclasımız oldu, səhvlərimizi və müsbət məqamları müzakirə etdik, ikinci görüşdə nələr etməli olduğumuzu dedik.
AZƏRTAC xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov DÇ-2024-ün seçmə mərhələsində səfərdə Qazaxıstan yığmasına qarşı keçirəcəkləri oyundan öncə federasiyasının rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis matçın oynanılacağı arenanın çox yaxşı vəziyyətdə olduğunu bildirib: “Parket sürətli oynamağı tələb edir. Sabah bizi maraqlı görüş gözləyir. Şanslar bərabərdir”.
V. Borisovun sözlərinə görə, ilk oyunla müqayisədə heyətdə bir dəyişiklik var: “Sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşən Felipinyonu Amir Sojaei ilə əvəzləmişik. Əhval-ruhiyyəmiz yaxşıdır, hər kəs qarşılaşmaya köklənib. Uşaqlarda istək böyükdür”.
Qeyd edək ki, oktyabrın 11-də Astanada keçiriləcək Qazaxıstan - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]