Millinin qapıçısı: İsveçlə oyunda azarkeşləri sevindirməyə çalışacağıq
Bakı, 16 noyabr, AZƏRTAC
“İstənilən rəqibə qarşı oynamaq, mübarizə aparmaq çətindir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Səbail” klubunun qapıçısı Səlahət Ağayev AVRO-2024-ün seçmə mərhələsində Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyunla bağlı AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
32 yaşlı qolkiper bugünkü matçda azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib: “Bu, evdə keçirəcəyimiz son oyun olacaq. Meydandan qələbə ilə ayrılmaq istəyirik”.
O, noyabrın 19-da səfərdə Belçikaya qarşı keçirəcəkləri seçmə mərhələnin son görüşü barədə də danışıb: “Rəqib Avropa çempionatının finalına vəsiqəni təmin edib. Qrupun lideri ilə matçda uğurlu nəticə qazanmaq üçün son dəqiqəyədək mübarizə aparmalı, meydanın hər qarışı uğrunda döyüşməliyik”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu saat 21:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]