MİNA PARTLAYIŞI NƏTİCƏSİNDƏ DAHA BİR NƏFƏR XƏSARƏT ALMIŞDIR
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu il iyunun 26-da Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında təsərrüfat işləri zamanı taxılyığan kombayn tank əleyhinə minaya düşmüş, nəticədə Yuxarı Kürdmahmudlu kəndinin sakini 60 yaşlı Qüdrət Qulamalı oğlu Quliyev dəri yanıqları ilə mərkəzi qospitala çatdırılmışdır.