Mingəçevir məktəbliləri üçün "Natiq Qasımovun irsi ilə Zəfərə" adlı intellektual yarış keçirilib





Mingəçevir, 11 aprel, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Natiq Qasımovun irsi ilə Zəfərə" adlı intellektual yarış keçirilib.
Mingəçevir şəhər təhsil sektorundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarışdan öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb.
Daha sonra 132 şagird 22 komandanın tərkibində ümumi biliklər üzrə sualları cavablandıraraq, qalibiyyət uğrunda mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, yüksək intellektə, innovativ düşüncəyə, dərin təfəkkürə malik şəxsiyyət kimi formalaşmasına töhfə verməkdir. Yarışda qalib komandalar kubok və sertifikatla təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.04.2025 [19:28]
Qazaxda tələbələr arasında bilik yarışı təşkil olunub
- 22.04.2025 [19:00]
Naxçıvanda istedadlı şagirdlərlə görüş keçirilib
- 22.04.2025 [17:05]
Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
- 22.04.2025 [17:02]
Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub
- 22.04.2025 [16:04]
Naxçıvanda fərdi baytarlara yeni avadanlıq və ləvazimatlar təqdim olunub
- 22.04.2025 [15:24]
Uşaq İncəsənət Festivalı Gəncədə - FOTOREPORTAJ
- 22.04.2025 [12:52]