Mingəçevir teatrında 20 Yanvar faciəsinə həsr olunan kompozisiya nümayiş etdirilib
Mingəçevir, 20 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında tamaşa nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rejissor Cavid Təvəkkülün quruluş verdiyi “Şahidlər” adlı teatral kompozisiyanın ikinci rejissoru İbrahim Türksoy, rejissor assistenti Məlahət Ağayeva, quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Gülcahan Yusifovadır.
Teatrın aktyorlarının ifasında təqdim olunan tamaşada 20 Yanvar hadisələrinin sovet rejiminin əsl simasını ifşa etməsindən, Azərbaycan tarixində milli oyanışın qanla yazılmış səhifəsi olmasından, milli birliyin və həmrəyliyin gücünü nümayiş etdirməsindən bəhs olunub.