MİNGƏÇEVİR TEATRINDA NAZİM HİKMƏTİN PYESİ TAMAŞAYA HAZIRLANIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında böyük türk ədibi Nazim Hikmətin “Bayramın birinci günü” pyesinin tamaşası hazırlanır. Tamaşanın quruluşçu rejissoru respublikanın xalq artisti Zülfüqar Abbasov, rəssamı Rəfael Haşımovdur.
Bu, teatr kollektivinin Nazim Hikmətin yaradıcılığına üçüncü müraciətidir.