“Minsk 2019”: Daha bir idmançımız ən azı gümüş medalı təmin edib
Minsk, 23 iyun, AZƏRTAC
Minskdə keçirilən ikinci Avropa Oyunlarında sambo yarışlarının ikinci gününə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) dörddəbir finalda litvalı Gintaras Katkusa 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə belaruslu Maksim Krasinski ilə qarşılaşan idmançımız rəqibinə heç bir şans verməyib və 4:0 hesablı qələbə qazanaraq adını finala yazdırıb. Həlledici qarşılaşmada Azərbaycan samboçusu Ermənistan idmançısı Tiqran Kirokasyanla qarşılaşacaq.
Komandamızın digər üzvü Cavidan Qarayev (62 kq) ilk görüşdə yunanıstanlı Savvas Karakidzisə məğlub olub. Buna baxmayaraq o, təsəlliverici görüşlərə qatılacaq. Bu mərhələdə idmançımızın ilk rəqibi estoniyalı Vadim Fomin olacaq.
Abdulla Abdullayev (74 kq) də yarışa uğursuz start verib. Xorvatiyalı Dino-Dominik Sumpora yenilən idmançımız təsəlliverici görüşdə ermənistanlı Arsen Qazaryana rəqib olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]