Misirdə 97 yaşlı koronavirus xəstəsi sağalıb
Qahirə, 17 iyun, AZƏRTAC
Misirin Şərqiyə xəstəxanasında yeni növ koronavirusdan müalicə olunan 97 yaşlı qadın tam sağalaraq evə buraxılıb. O, ölkədə bu xəstəlikdən şəfa tapan ən yaşlı insandır.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi iyunun 16-da pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Qeyd olunub ki, son sutkada ölkədə yeni növ koronavirusdan 95 nəfər vəfat edib, COVID-19 qurbanlarının sayı isə 1766 nəfərə çatıb.
Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində yeni növ koronavirusa daha 1567 yoluxma qeydə alınıb, yoluxanların ümumi sayı isə 47 min 856 nəfərə çatıb. O əlavə edib ki, iyunun 16-da karantin xəstəxanalarında 401 pasiyent sağalıb, ümumilikdə 12 min 730 nəfər xəstəlikdən şəfa tapıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]