Misirdə parlament seçkilərinin ikinci mərhələsi davam edir
Bakı, 25 noyabr, AZƏRTAC
Bazar ertəsi Misirdə parlamentin aşağı palatası - Nümayəndələr Palatasına seçkilərin ikinci mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Misirin Milli Seçki Komissiyasının məlumatına görə, ikinci mərhələ 24-25 noyabr tarixlərində Misirin 27 əyalətindən 13-də keçirilir. Bu mərhələdə 34,6 milyon misirli səsvermə hüququna malikdir.
Aşağı palatada 568 yer var, onların yarısı müstəqil namizədlər, digər yarısı isə siyasi partiyalar arasında bölüşdürülür. Həmçinin prezident 5 faiz, yəni 28 deputatı təyin edəcək.
Səsvermənin noyabrın 10-11-də keçirilən birinci turundan sonra Milli Seçki Komissiyası mümkün 70 fərdi namizəddən 42-nin qələbəsini təsdiqləyib.
Eyni zamanda, komissiya birinci mərhələdə qeydə alınan qanun pozuntularına görə 19 seçki dairəsi üzrə birinci turun nəticələrini ləğv edib. Yeddi əyalətdə 19 dairəni əhatə edən birinci turun təkrar seçkiləri dekabrın 3-4-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:54]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]