MİSİRDƏ “ŞPİGEL” VƏ “FOKUS” JURNALLARININ SATIŞI QADAĞAN EDİLMİŞDİR
Buna səbəb həmin jurnallarda Məhəmməd Peyğəmbərə karikaturaların dərc edilməsi olmuşdur. Ərəb ölkələri arasında yalnız İordaniya və Yəmən qəzetləri bu karikaturaları dərc etmişdir. Bundan sonra İordaniyanın “Əl-Mihvər” və “Şihan” qəzetlərinin baş redaktorları həbs olunmuşlar. Krallıq jurnalistlərinin həmkarlar ittifaqı onlardan camaat qarşısında üzr istəməyi tələb etmişdir. Yəməndə isə ingilis dilində dərc olunan “Yəmən observer” nəşri və aztirajlı digər ərəb qəzeti bağlanmışdır. Bu qəzetlərin nümayəndələrinin dediyinə görə, onlar çoxlarının görmədiyi bu karikaturaları pisləmək üçün dərc etmişlər.
Ərəb telekanalları, məsələn, “Əl-Cəzirə” və “Əl-Ərəbiyyə” mövzunu işıqlandırarkən karikaturaları ört-basdır üçün özləri retuş etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]