MİSİRDƏ TUTANXAMONUN SƏRDABASI YANINDA DAHA BİR MƏZAR TAPILMIŞDIR
Misirin qədim abidələr üzrə Ali Şurasının başçısı Zahi Həvas demişdir ki, ABŞ alimlərinin Luksordakı Padşahlar vadisinin girəcəyində apardıqları arxeoloji qazıntılar nəticəsində qayanın içində 3 metr dərinlikdə düzbucaqlı şəklində oyulmuş məzar tapılmışdır. Orada içində mumiyalar olan 5 taxta tabut var. Onlar Tutanxamonun da mənsub olduğu Misir fironlarının 18-ci sülaləsinə aiddir. Həvasın sözlərinə görə, tabutların üzərində rəngli insan sifətləri çəkilmişdir. Yaxınlıqda isə ağzı möhkəm bağlanmış 20 gil qab tapılmışdır.
Eramızdan əvvəl təqribən 1400-1392-ci illərdə hökmranlıq etmiş Tutanxamonun sərdabası 1922-ci ildə ingilis Hovard Karter tərəfindən aşkar edilmişdir. Bu, incəsənət nümunələri ilə zəngin olan yeganə talan edilməmiş sərdabadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]