Misirin sabiq Prezidenti Hüsnü Mübarək vəfat edib
Bakı, 25 fevral, AZƏRTAC
Misirin sabiq Prezidenti Hüsnü Mübarək Qahirədə 91 yaşında vəfat edib.
AZƏRTAC Misir Dövlət televiziyasına istinadla xəbər verir ki, sabiq Prezident bir ay əvvəl mədə-bağırsaq əməliyyatından sonra paytaxt klinikalarının birində reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Hüsnü Mübarək Misirə 1981-ci ildən 2011-ci ilədək rəhbərlik etmişdi. 2011-ci il fevralın 3-də hökumət əleyhinə kütləvi çıxışlar fonunda istefa vermişdi. Ona qarşı bir neçə cinayət işi, o cümlədən korrupsiya və nümayişçilərin öldürülməsi ittihamı ilə cinayət işləri açılsa da, məhkəmə sabiq Prezidentə bəraət qazandırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]