Misirli futbolçu Məhəmməd Salah doğma kəndində təcili tibbi yardım mərkəzi tikdirib
Qahirə, 2 iyul, AZƏRTAC
Premyer Liqanın builki mövsümünün çempionu olan “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah doğulub boya-başa çatdığı Qərbiyə vilayətindəki Nəqriq kəndində təcili tibbi yardım mərkəzi tikdirib.
AZƏRTAC xəbər verir ki, çempionluq sevincini xeyriyyəçiliklə qeyd edən M.Salah mərkəz üçün 37 min dollar dəyərində təcili tibbi yardım avtomobili də alıb.
Misir mətbuatı yazır ki, bu, futbolçunun ilk xeyirxah addımı deyil. Belə ki, Salah 2018-ci ildə doğma kəndində qızlar məktəbi açdırıb, su kəmərinin çəkilişini maliyyələşdirib, orta məktəbdə futbol meydançası tikdirib, habelə İngiltərədən dərman preparatları göndərib. Futbolçu, həmçinin Misirin “Təhya” xeyriyyə fonduna 320 min dollar, Milli Onkologiya Mərkəzinə isə 3 milyon dollar məbləğində ianələr edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]