Misirli jurnalist: Ermənistanın hərbi təxribatlarının qarşısı alınmalıdır
Qahirə, 17 noyabr, AZƏRTAC
Misirin “Əl Diplomasi” portalının baş redaktoru Əşrəf Əbu Urafənin bu nəşrdə “Ermənistan rəhbərliyinin daha bir hərbi avantürası nə ilə nəticələnək?” sərlövhəli məqaləsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinin ildönümünün qeyd olunduğu vaxtda Ermənistan rəhbərliyinin təxribatları davam etdirdiyi diqqətə çatdırılır. Müəllif vurğulayır ki, məqsədyönlü şəkildə törədilən və regionda sabitliyə böyük təhlükə yaradan bu təxribatların qarşısı alınmalıdır: “Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazisinə icazəsiz səfəri bir avantüra idi. Bunun ardınca növbəti hərbi təxribat başladı və Ermənistan silahlı qüvvələri Laçın və Kəlbəcər rayonlarında Azərbaycan Ordusunun mövqelərini atəşə tutdular. Bütün bunlar göstərir ki, Ermənistan regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil və sərhədlərin delimitasiyasını istəmir. Vurğulamaq istəyirəm ki, erməni qoşunlarının son hərbi təxribatı, əslində, onların öz vəziyyətini daha da ağırlaşdırıb. Bu gün sərhəddə davam edən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
“Əl Diplomasi” portalı noyabrın 16-da Ermənistanın hərbi təxribatı ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarını da Misir ictimaiyyətinə çatdırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]
Pakistan Müstəqillik Gününü qeyd edir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb
- 15.08.2026 [22:51]
Beyləqanda bir nəfər suvarma kanalında batıb
- 15.08.2026 [22:28]
Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib
- 15.08.2026 [21:28]
Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib
- 15.08.2026 [20:11]
Bu saata olan əsas xəbərlər
- 15.08.2026 [20:00]
ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb
- 15.08.2026 [19:10]
Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb
- 15.08.2026 [18:44]
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
- 15.08.2026 [18:23]
BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub
- 15.08.2026 [17:13]
Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür
- 15.08.2026 [16:48]
Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib
- 15.08.2026 [16:17]
Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH
- 15.08.2026 [15:25]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 15.08.2026 [15:17]
Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır
- 15.08.2026 [15:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 15.08.2026 [14:58]
İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir
- 15.08.2026 [14:55]
İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB
- 15.08.2026 [14:13]
“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar
- 15.08.2026 [13:20]
Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub
- 15.08.2026 [13:08]
Amerikalı basketbolçu "Neftçi"də
- 15.08.2026 [12:57]
Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb
- 15.08.2026 [12:51]
İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
- 15.08.2026 [12:45]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 15.08.2026 [12:40]