Misli Premyer Liqası: "Qarabağ" və “Neftçi” qələbə qazanıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında V tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.
Oyun Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
İkinci qarşılaşmada isə “Sumqayıt” “Neftçi”ni qəbul edib. Görüşdə Bakı klubu 2:0 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra "Sumqayıt" turnir cədvəlində 10 xalla 2-ci, eyni xala malik "Araz-Naxçıvan" 3-cü, “Qarabağ” 7 xalla 5-ci, “Neftçi” 6 xalla 8-ci sırada yer alıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında "İmişli" "Karvan-Yevlax"a, "Qəbələ" "Kəpəz"ə 3:0, "Zirə" "Şamaxı"ya 2:1, "Sabah" "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:19]
Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür
- 23.09.2026 [18:35]
Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək
- 23.09.2026 [16:18]
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
- 23.09.2026 [16:04]
Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub
- 23.09.2026 [15:45]
“Şəfa” Qəbələdə toplanış keçəcək
- 23.09.2026 [14:28]
Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm
- 23.09.2026 [14:16]