Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib
Bakı, 23 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son qarşılaşmasında "Neftçi" "Sabah"ı qəbul edib. “Bakcell Arena”da keçirilən görüş “Sabah”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaq komandada qolları 37-ci dəqiqədə Coy-Lens Mikels, 45+7-ci dəqiqədə Emmanuel Apeh və 52-ci dəqiqədə Aleksey İsayev vurublar.
“Ağ-qaralar”ın heyətində isə 71-ci dəqiqədə Ömər Buludov hesab arasındakı fərqi azaldıb, 82-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsi ilə fərqi minimuma endirib. Lakin “Neftçi”nin bundan artığına gücü çatmayıb.
Günün digər matçında “Səbail” və “Şamaxı” komandaları qarşılaşıb. Oyunda hesab açılmayıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"u 3, "Zirə" "Sumqayıt"ı 2 cavabsız qolla üstələyib. "Qəbələ" - "Kəpəz" matçlarında isə qalib müəyyənləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]