Misli Premyer Liqası: “Turan Tovuz” son dəqiqələrdə vurduğu qolla “Kəpəz”ə qalib gəlib
Bakı, 25 oktyabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XI tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Qərb derbisində “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gəlib. Tovuz Şəhər Stadionundakı görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 15-ci dəqiqədə “Turan Tovuz”un heyətində Veysəl Rzayev açıb. Luis Paçu 76-cı dəqiqədə penaltidən tablodakı rəqəmləri bərabərləşdirib. Tovuz klubuna qələbə gətirən qolu isə əsas vaxta əlavə olunan 3-cü dəqiqədə Emmanuel Hakman vurub.
Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Turan Tovuz” 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi isə 3 xalla sonuncu – 10-cu sırada qalıb.
Qeyd edək ki, turun digər 4 oyunu oktyabrın 26-da və 27-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]