Misli Premyer Liqasında dövrələr üzrə tamaşaçı sayı açıqlanıb
Bakı, 4 avqust, AZƏRTAC
Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ən çox tamaşaçı sayı I dövrədə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Peşəkar Futbol Liqasının mövsümün yekunları və statistik göstəricilərinə dair xüsusi hesabatına əsasən, I dövrədə keçirilən 43 oyunu stadionda ümumilikdə 77 min 372 azarkeş izləyib. Bu dövrədə bir oyuna orta tamaşaçı sayı 1799-a bərabər olub ki, bu da mövsüm ərzində ən yüksək göstəricidir.
Mövsümün digər dövrələrində tamaşaçı sayı nisbətən aşağı olub. II dövrədə oynanılan 47 qarşılaşmanı ümumilikdə 66 min 983 azarkeş tribunadan izləyib. Bu isə hər matç üçün orta hesabla 1425 nəfər deməkdir. III dövrədə isə 45 oyuna ümumilikdə 61 min 416 azarkeş toplaşıb, orta göstərici 1365 nəfər təşkil edib. Bu rəqəm mövsüm ərzində ən aşağı göstərici kimi qeydə alınıb.
Sonuncu - IV dövrədə isə 45 oyunda ümumilikdə 70 min 162 tamaşaçı iştirak edib və orta göstərici 1559-a bərabər olub.
Qeyd edək ki, I dövrənin 2 oyunu təxirə salınıb və bu matçlar II dövrənin gedişində keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]