Misli Premyer Liqasında ötən turun oyunları analiz olunub, hakimlərə təlimatlar verilib
Bakı, 1 noyabr, AZƏRTAC
Milli Komandaların Təlim-Məşq Mərkəzində Misli Premyer Liqasının hakimləri üçün seminar keçirilib.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, seminarda Hakimlər Komitəsinin sədri Frank De Bleker və VAR üzrə mütəxəssis Kristof Dierik iştirak ediblər. Sessiyanın bir hissəsi meydanda, digər hissəsi isə iclas zalında baş tutub. Praktik dərsin ardından Premyer Liqada XI turun oyunlarının detallı analizi aparılıb. Kristof Dierik VAR-la bağlı təlimatlar verib.
Daha sonra hakim-inspektorlarla iclas keçirilib, hakim idarəçiliyinin qiymətləndirilməsi haqqında təlimatlar verilib.