SİYASƏT
Mitç Silberman: Müşahidələrimiz zamanı seçki məntəqələrində heç bir insident qeydə alınmadı
Bakı, 9 fevral, AZƏRTAC
Bu gün bir neçə məntəqədə səsvermə prosesini müşahidə etdik. Məntəqələrdə seçkilərin qaydalara uyğun keçirildiyinin şahidi olduq. Müşahidələrim zamanı heç bir insident qeydə alınmadı.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-dan olan müşahidə missiyasının üzvü, Yəhudi Respublikaçılar Alyansının təsisçisi Mitç Silberman Bakıda keçirilən mətbuat konfransında deyib.
Müşahidə missiyasının digər üzvü, San-Dieqo Universitetinin professoru Martin Kruminq isə bildirib ki, onlar bu gün Azərbaycanda azad seçkilər və demokratiya uğrunda mübarizəyə şahidlik ediblər. Bu, digər ölkələrə nümunə göstərilə bilər.
Daha bir amerikalı müşahidəçi, Buxara yəhudilərinin ABŞ və Kanada üzrə koordinatoru Rafael Nektal da müşahidələr zamanı heç bir qayda pozuntusunun aşkarlanmadığını bildirib. O, Qubadakı məntəqələrdə müşahidələr apardığını, havanın çox soyuq olmasına baxmayaraq, insanların səsverməyə gəldiklərini qeyd edib. Rafael Nektal səsvermə zamanı görünməyən mürəkkəblərdən istifadənin onun xüsusi marağına səbəb olduğunu söyləyib.