İQTİSADİYYAT
MODUL TİPLİ ASTARA ELEKTRİK STANSİYASININTİKİNTİSİ BAŞA ÇATMAQDADIR
Cəmiyyətin prezidenti Etibar Pirverdiyev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu il sentyabr ayının 8-də təməli qoyulmuş Astara modul stansiyasının tikintisi dekabrın sonunda başa çatacaqdır. Stansiyanın ümumi şəbəkəyə qoşulması və sinxronlaşdırılma ilə bağlı bəzi işlər isə gələn il yanvar ayının ilk ongünlüyündə tam yekunlaşacaqdır.
Respublikamızda modul stansiyaları inşa edən Finlandiyanın “Vartsila” şirkətinin Avropa ölkələrində satış və marketinq üzrə rəhbəri Tore Byorkman demişdir ki, şirkətin fəaliyyət təcrübəsində bu tipli stansiyanın belə qısa müddətə quraşdırılması ilə ilk dəfə rastlaşır. Tikinti işləri bir neçə sahədə paralel aparılır, burada yüksək keyfiyyət və təhlükəsizlik prinsiplərinə riayət olunur. O, tikintidə çalışan Azərbaycan mütəxəssislərinin peşəkarlığını yüksək qiymətləndirmişdir.
Sonra jurnalistlər tikinti sahəsində işin gedişi ilə tanış olmuş, onları maraqlandıran suallar cavablandırılmışdır.