MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik
Bakı, 9 iyun, AZƏRTAC
Mən uşaqlıq dövründən iki ölkəyə azarkeşlik edirəm. Bunlar Niderland və Portuqaliya milliləri olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlaması zamanı deyib.
O, Eysebio və Yohan Kroyffu çox sevdiyini bildirib: “Onların dövründən oyunlara maraqla baxıram. Yenə də həmin komandalara azarkeşlik edəcəyəm. Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik”.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Müxbir - Cavid Əliyev
Fotoqraf - İlqar Cəfərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]