SİYASƏT
Moldova KİV-ləri Azərbaycan Prezidentinin telekanallara müsahibəsini geniş işıqlandırıb
![](/files/galleryphoto/2023/1/1200x630/16735055004193459854_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16735055005088042617_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16735055004176753471_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16735055001911960817_1200x630.jpg)
Kişineu, 12 yanvar, AZƏRTAC
Moldovanın aparıcı KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb. "Point", "Noi", "Dosarmedia", "Timpul" və digər xəbər portallarında rumın və rus dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Ermənistanla bağlı fikirləri xüsusi diqqətdə saxlanılıb.
AZƏRTAC-a istinadla yayılan məlumatlarda dövlətimizin başçısının gənclərimizin Laçın-Xankəndi yolunda aksiyası, Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, sərhədlərin delimitasiyasının vacibliyi, Zəngəzur dəhlizinin əhəmiyyəti və digər məsələlər barədə fikirləri əksini tapıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu