MOLDOVADA “ETNOMƏDƏNİYYƏT KALEYDOSKOPU” UŞAQ FESTİVALI KEÇİRİLİR
Kişinyov, 1 iyun (AZƏRTAC). İyunun 1-də - Uşaqları Beynəlxalq Müdafiə Günündə Moldova Respublikasının etniklərarası münasibətlər bürosu “Etnomədəniyyət kaleydoskopu” uşaq festivalı keçirir.
Bu tədbirə 300-ə yaxın iştirakçı qatılmışdır. Festivalın məqsədi gənc nəsli Moldovanın çoxmillətli zəngin mədəniyyəti ilə tanış etmək, habelə müxtəlif etnik mənsubiyyəti olan uşaqların ünsiyyəti, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli şərait yaratmaqdır.
Bayramda etnomədəniyyət təşkilatlarının bədii özfəaliyyət kollektivləri, o cümlədən Moldova Azərbaycanlıları Konqresinin üzvləri, estetik yaradıcılıq mərkəzlərinin, məktəblərin, liseylərin nümayəndələri iştirak edirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişinyov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]