Moldovada prezident seçkiləri kampaniyasına start verilib
Kişineu, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 1-dən Moldovada prezident seçkiləri kampaniyasına start verilir. AZƏRTAC xəbər verir ki, otuz gün ərzində prezidentliyə namizədlər qeydiyyata alınacaq və təşviqat aparacaqlar.
Seçkilərdə hazırkı Prezident İqor Dodon da iştirak edəcəyini açıqlayıb. İctimai rəy sorğusuna görə, seçki kampaniyasının favoriti Prezident İqor Dodondur. Moldova Respublikası Sosialistlər Partiyası artıq onun dəstəklənməsini bəyan edib.
İqor Dodonun əsas rəqibinin 2016-cı ildə məğlub olmuş Avropa yönlü fəaliyyət və həmrəylik partiyasının lideri Mayya Sandunun olacağı bildirilir. Daha sonra reytinqdə “Ləyaqət və həqiqət platforması” partiyasının sədri Andrey Nestase gəlir.
Qeyd edək ki, Moldovada prezident seçkilərinin noyabrın 1-də keçirilməsi nəzərdə tutulur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]