Moldovada yaşayan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər
Kişineu, 11 aprel, AZƏRTAC
Moldovada yaşayan Azərbaycan vətəndaşları saat 08:00-dan başlayaraq ölkəmizin Kişineudakı səfirliyində səsvermədə fəal iştirak edirlər.
Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yerli vaxtla saat 10:00-a olan məlumata görə, qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 20 faizi səsvermədə iştirak edib.
Moldovanın bir sıra şəhərlərində, o cümlədən Rumıniyada yaşayan Azərbaycan vətəndaşları, gənclər və tələbələr Moldovadakı səfirliyə gələrək öz seçimlərini edirlər.
Qeyd edək ki, Rumıniyada konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşları az olduğundan onlar Moldovadakı diplomatik nümayəndəliyimizdə yaradılan seçki məntəqəsində səs verirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu