SİYASƏT
Moldovalı deputat: Ermənistan Qarabağda minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməlidir
![Moldovalı deputat: Ermənistan Qarabağda minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməlidir](/files/2021/2/1200x630/162289893234486896_1200x630.jpg)
Kişineu, 4 iyun, AZƏRTAC
Ermənistan Qarabağda minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Moldova parlamentinin deputat, Moldova Demokratik Partiyasının parlament fraksiyasının sədri Dmitriy Dyakov bildirib.
“Müxtəlif ölkələrdən olan deputat həmkarlarımın və ictimai xadimlərin çağırışlarına qoşulur, beynəlxalq ictimaiyyəti Qarabağda minalanmış sahələrin xəritəsini təqdim etmək üçün Ermənistana təzyiq göstərməyə çağırıram”, - deyə deputat qeyd edib.
Kəlbəcərdə ikisi jurnalist olmaqla, 3 nəfərin minaya düşərək həlak olması xəbərinin onda dərin kədər hissi doğurduğunu bildirən deputat deyib: “İxtisasca jurnalist olduğum üçün baş verənləri və demokratik bir cəmiyyətin formalaşmasında medianın oynadığı rolun əhəmiyyətini yaxşı bilirəm. Ermənistan beynəlxalq hüququn tələblərinə riayət etməlidir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu