Moldovalı məşhur şahmatçıya FIDE rəhbərliyində iş təklif olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Moldovalı şahmatçı və biznesmen Viorel Boloqan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbər heyətinə daxil olacaq.
FIDE-nin prezidenti və Rusiyanın Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Boloqana FIDE-nin icraçı direktoru (CEO) olmağı təklif edib. Bundan əvvəl Moldova Şahmat Federasiyası Gürcüstanın Batumi şəhərində FIDE-nin prezidenti seçkilərində Dvorkoviçin namizədliyini dəstəkləmişdi.
AZƏRTAC xəbər verir ki, Viorel Boloqan Moldova Şahmat Federasiyasının prezidenti, ölkədə şahmatın inkişafı ilə fəal məşğul olan İqor Dodon ilə görüşərək Moldovada şahmatın inkişafı məsələlərini müzakirə edib.
İqor Dodon həmin görüşün yekunları barədə özünün feysbuk səhifəsində yazıb:
-Məlum olduğu kimi, bu təşkilatın yeni prezidenti vəzifəsinə Rusiya nümayəndəsi, Baş nazirin keçmiş müavini Arkadi Dvorkoviç seçilib. Onun namizədliyini Moldova Respublikası da dəstəkləyib. Cənab Dvorkoviç də öz tərəfindən, Viorel Boloqanı öz komandasına dəvət edib və ona FIDE-nin icraçı direktoru (CEO) vəzifəsini təklif edib. Bu təyinat Beynəlxalq Şahmat Federasiyasının Prezident Şurasının noyabrın 8-9-da Londonda keçiriləcək iclasında təsdiq edilməlidir.
Viorel Boloqan İqor Dodona bildirib ki, Moldova Şahmat Federasiyasının prezidenti kimi onu FIDE-nin 1.8 nömrəli zonasının rəhbəri seçiblər. Bu zonaya Azərbaycan, Moldova və Belarus daxildir.
Əslən Kişineudan olan 46 yaşlı Viorel Boloqan 1991-ci ildə qrossmeyster olub, 2001-ci ildə FIDE-nin reytinqində 19-cu yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]